Nardaranda öldürülən polislərdən biri Avropa çempionu imiş

İsmayıl Tağıyev Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu idi

Source:


İsmayıl Tağıyev Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu idi

Nardaranda öldürülən polislərdən ikincisinin də idmançı olduğu müəyyənləşib.

“Report”un məlumatına görə, 38 yaşında dünyasını dəyişmiş İsmayıl Tağıyev ağırlıqqaldırma ilə məşğul olub.

O, Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu idi. İ.Tağıyev polis 2012-ci ildə Lənkəran Şəhər Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında keçirilmiş Avropa çempionatında 105 kq və 105 kq-dan yuxarı çəki dərəcələrində qızıl medal qazanıb.

İ.Tağıyevin iki oğlu, bir qızı var. Oğlu cəmi 2 həftə əvvəl doğulmuşdu.

Ana səhifəXəbərlərNardaranda öldürülən polislərdən biri Avropa çempionu imiş