Nardaranda həbs olunanların həbs müddəti uzadılıb

Baş prokurorun müavini Rüstəm Usubov Taleh Bağırovun həbs müddətinin uzadılması ilə bağlı təqdimat verib

Source:

Taleh Bağırzadə
Taleh Bağırzadə
Taleh Bağırzadə
Taleh Bağırzadə


Baş prokurorun müavini Rüstəm Usubov Taleh Bağırovun həbs müddətinin uzadılması ilə bağlı təqdimat verib

Baş prokurorun müavini Rüstəm Usubov “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verib.

Bu barədə T.Bağırovun vəkili Cavad Cavadlı məlumat verib. Vəkil bildirib ki, təqdimata martın 7-də Nəsimi rayon Məhkəməsində baxılacaq.

Bu gün Nəsimi rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan daha bir təqsirləndirilən şəxs – Nahid Nəsib oğlu Qəhrəmanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə məlumat verən vəkil Bəxtiyar Hacıyev bildirib ki, məhkəmədə hər hansı sübut təqdim edilməyib. Məhkəmə tərəfindən N. Qəhrəmanovun həbs müddəti iyulun 3-dək uzadılıb.

Vəkilin sözlərinə görə, N. Qəhrəmanov Nardaran hadisələri zamanı dünyasını dəyişən şəxslərdən birinin yas mərasiminə qatılıb. Həmin gün Nardaranda yas mərasimi keçirilən evdə qalan N. Qəhrəmanov keçirilən əməliyyat zamanı saxlanılıb. Belə ki, polis əməkdaşları yas məclisi olan evdə əməliyyat keçiriblər. Bu zaman orada olanlar saxlanılıb. Lakin məclisdəkilər Nardaran sakinləri olduqları üçün buraxılıblar. Nahid Qəhrəmanov isə Zəngilan rayon sakini olduğundan həbs edilib.

B.Hacıyev bildirib ki, N.Qəhrəmanov bundan əvvəl 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasında həbs edilib. Həmin vaxt 4 il müddətinə azadlıqdan məhrum edilən N.Qəhrəmanov 2014-cü il dekabrın 29-da prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hazırda N. Qəhrəmanov və Nardaran hadisələrində saxlanılan digər şəxslər Cinayət Məcəlləsinin 18 maddəsinə əsasən ittiham olunurlar. Hadisələrlə bağlı 70 nəfər saxlanılıb.

Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər.

Hadisə zamanı 2 polis, 4 Nardaran sakini dünyasını dəyişib, daha bir neçə nəfər yaralanıb.

Ana səhifəXəbərlərNardaranda həbs olunanların həbs müddəti uzadılıb