Terror aktını pisləyən dindarlar peyğəmbərin karikaturasının çəkilməsinə qarşı çıxıblar
Fransanın “Charlie Hebdo” jurnalında və digər Qərb nəşrlərində Məhəmməd peyğəmbər (ə.s)-ın karikaturalarının verilməsinə etiraz olaraq yanvarın 21-də bir neçə yüz adam Nardaran kəndində aksiya keçirib.
Aksiya iştirakçıları əllərində “İslam müdafiəsiz deyil”,”Fransa islmadan qorxur”, “Yaşasın peyğəmbər” şüarları tutublar.
Fransa, İsrail və ABŞ-ın bayraqları ayaq altına salınıb. Eyni zamanda iştirakçılar əllərində dini və Azərbaycanın dövlət bayraqlarını tutublar. Aksiya hakimiyyətlə razılaşdırılmasa da, polis aksiyaya müdaxilə etmir.
Aksiyanın keçirildiyi “İmam Hüseyn” meydanında isə polislər, ümumiyyətlə, gözə dəymirlər.
Meydan TV-in aksiyanı müşahidə edən əməkdaşı bildirib ki, Hacı Hikmət çıxışı zamanı Türkiyə prezidenti Ərdoğanı ikiüzlü siyasətdə suçlayıb və onu ABŞ və İsrailin qulu adlandırıb.
Qəsəbənin ağsaqqallarından biri Natiq Kərimov “Turan”a bildirib ki, qəsəbə sakinləri peyğəmbər (ə.s.)-ın təhqir olunmasına etiraz edirlər və dindarların hisslərinə hörmət qoyulmasını istəyirlər.
N.Kərimov həm də “Charlie Hebdo” jurnalı redkasiyasında törədilən terror aktını da pisləyib.
“Biz şiə müsəlmanlar olaraq istənilən terrorun əaleyhinəyik. İŞİD-in tərətdiklərinə gəlincə, bunun islama hər hansı aidiyyatı yoxdur. Amma biz həm də bizim müqəddəslərin təhqir olunmasını da qəti şəkildə pisləyirik”-deyə N.Kərimov qeyd edib.