Nardaranda 1000-dən çox evə elektrik enerjisi verilib

Evlərə SMS tipli sayğaclar quraşdırılıb

Source:

Evlərə SMS tipli sayğaclar quraşdırılıb

Bakının Nardaran qəsəbəsinə elektrik enerjisinin verilişi bərpa edilib.

“Azərişıq” ASC-nin elektrik enerjisinin təchizatı ilə bağlı Nardaranda yaratdığı qərargahdan “Report”a bildirilib ki, elektrik enerjisinin bərpası ilə bağlı qərargaha 1500 müraciət daxil olub: “Bu müraciətlər əsasında 1000-dən çox evə SMS tipli sayğaclar quraşdırılıb, artıq həmin evlərə elektrik enerjisi verilir”.

Məlumata görə, qərargahda abonentlərlə müqavilə bağlanılır, sayğaca yüklənilən vəsait əsasında elektrik enerjisi ilə təmin olunurlar.

Ana səhifə ▸ Xəbərlər ▸ Nardaranda 1000-dən çox evə elektrik enerjisi verilib