“Valideynlərə tapşırılıb ki, uşaqları məktəbə özləri gətirib, özləri evə aparsınlar”
Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib. APA-nın məlumatına görə, paytaxt məktəblərinin mühafizəsinə silahlı polis əməkdaşları cəlb edilib.
APA iddia edir ki, təhlükəsizlik tədbirləri daha çox Nardarana yaxın kənd və qəsəbə məktəblərində həyata keçirilir: “Bütün müəllim və valideynlərə uşaqları nəzarətsiz qoymamaları barədə xəbərdarlıq edilib. Valideynlərə tapşırılıb ki, uşaqları məktəbə özləri gətirib, özləri evə aparsınlar”.
Hüquq-mühafizə orqanlarından APA-ya orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təsdiqlənib.