Nardaran məhbusları ”qaçmağa meyillilər” siyahısında

“Məhbuslar hər bur saatdan bir sənədə imza atır”

Source:
foto Famil Mahmudbəyli
foto Famil Mahmudbəyli
foto Famil Mahmudbəyli
foto Famil Mahmudbəyli

1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Nardaran məhbusları da “qaçmağa meyilli məhbuslar” siyahısına salınıb.

Sentyabrın 18-də vəkil Yalçın İmanov sözügedən cəzaçəkmə müəssisəsində hüquqlarını müdafiə etdiyi Bəhruz Əskərov və İbrahim Xudaverdiyevlə görüşüb.

Bu barədə Meydan TV-yə danışan vəkil Yalçın İmanov deyib ki, Əskərov və Xudaverdiyevdən başqa, 1 saylı cəzaçəkmə müəssisəsində daha bir Nardaran məhbusu – Abbas Tağızadə də saxlanılır.

Nardaran məhbusları vəkilə bidiriblər ki, hər gün səhər saat 8-dən axşam saat 10-a qədər hər 1 saatdan bir onlara hansısa sənədlərə qol çəkdirirlər.

Məhbuslar cəzaçəkmə müəssisəsinin rəhbərliyindən bu xüsusi münasibətin səbəbi ilə maralandıqda, onlara “bizlik bir şey yoxdur, Penitensiar Xidmətdən belə göstəriş veriblər” deyə cavab veriblər.

Nardaranda keçirilən əməliyyat zamanı odlu silahla sol ayağından güllələnən və hələ də ayağında güllə qalan Bəhruz Əskərov bu prosedurun onu yorduğunu, fiziki və psixoloji narahatçılıq yaratdığını bildirib.

7 saylı cəzaçəkmə müəssisəsində saxlanan Nardaran məhbusları Aqil İsmayılov, Rasim Cəbrayılov və Əlibaba Vəliyev də “qaçmağa meyilli məhbuslar” kimi qeydə alınaraq gün ərzində hər 1 saatdan bir hansısa sənədlərə qol çəkdiklərini deyiblər.

Vəlkil Yalçın İmanov bildirir ki, bu prosedur həm cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına, həm də Avropa Penitensiar Qaydalarına tamamilə ziddir, belə bir təhlükəsizlik tədbiri yoxdur və bunun Nardaran məhbuslarına münasibətdə tətbiq edilməsi onları fiziki-mənəvi-psixoloji təzyiq altında saxlamaq məqsədinə xiudmət edir. Vəkil məsələ ilə bağlı Penitensira Xidmətə müraciət edəcəyini də bildirir.

Yalçın İmanov sentyabrın 18-də həmçinin 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan digər Nardaran məhbusu Zakir Mustafayevlə də görüşüb.

Penitensiar Xidmət deyilənlərə münasibət bildir mək istəməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Bəhruz Əskərov, İbrahim Xudaverdiyev, Abbas Tağızadə və Zakir Mustafayevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Həmin hökmdən verilmiş apelyasiya şikayətləri təmin edilməyib.

2015-ci il noyabrın 26-da polis əməkdaşları Bakının Nardaran qəsəbəsində əməliyyat keçiriblər. Əməliyyat zamanı “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və digər bir neçə nəfər saxlanılıb. Onlar silah saxlama, dövlət çevrilişinə cəhd və digər ağır cinayətlərdə ittiham ediliblər. Lakin təqsirləndirilən şəxslər ittihamı qəbul etmir. Onlar istintaq dövründə işgəncəyə məruz qaldıqlarını deyirlər. T. Bağırzadə bundan əvvəl də bir neçə dəfə həbsdə olub. O, hakimiyyəti sərt tənqid edən ilahiyyatçı kimi tanınıb. Bağırzadə son həbsini də bununla əlaqələndirir.

Ana səhifəXəbərlərNardaran məhbusları ”qaçmağa meyillilər” siyahısında