”Nardaran işi”ndə təqsirləndirilənlər aclıq aksiyasını dayandırıblar

Vəkil: ”Onların hamısı qrip və soyuqdəymədən əziyyət çəkir”

Source:


Vəkil: ”Onların hamısı qrip və soyuqdəymədən əziyyət çəkir”

Bir müddət əvvəl aclıq aksiyasına başlayan “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərləri dekabrın 23-dən aclıq aksiyasını dayandırıblar.

Bu barədə Meydan TV-yə məlumat verən vəkil Yalın İmanov bildirib ki, təqsirləndirilən şəxslərin hamısı xəstələnib:

“Onlar hər prosesdə məhkəməyə gətirilirlər, lakin iclasda iştiraklarına icazə verilmir. Soyuq zirzəmidə saxlanılırlar. Buna görə də hamısı qrip və soyuqdəymədən əziyyət çəkir”.

Təqsirləndirilən şəxslər dekabrın 19-da aclıq aksiyasına başlamışdılar. Onlar məhkəmə prosesinin təqsirləndirilən şəxslər olmadan keçirilməsinə etiraz edirdilər.

Ana səhifəXəbərlər”Nardaran işi”ndə təqsirləndirilənlər aclıq aksiyasını dayandırıblar