Nardaran işində təqsirləndirilən üç nəfər cərimə kamerasına salınıb

Məhkəmə nəzarətçilərinin hərəkətinə etiraz edənlər cəzalandırılıblar

Source:


Məhkəmə nəzarətçilərinin hərəkətinə etiraz edənlər cəzalandırılıblar

Nardaran hadisələrindən sonra  həbs olunan  şəxslərdən üçü Bakı istintaq təcridxanasının cərimə kamerasına (“kars”) salınıb.

Cəzalandırılan dustaqlar Ağa-əli Yəhyayev, Seyfəddin Şirvanov və Əli Şahbazovdur.

Həmin şəxslərin cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində

araşdırılır.

Dekabrın 26-da keçirilən iclas zamanı nəzarətçilər prosesi izləməyə gələn qadınlardan birində telefon görüb. Onu alarkən aralarında mübahisə yaşanıb. Təqsirləndirilən şəxslər də buna etiraz ediblər və buna görə cəzalandırılıblar. Onların saçını qırxıblar.

Ana səhifəXəbərlərNardaran işində təqsirləndirilən üç nəfər cərimə kamerasına salınıb