”Nardaran işi”ndə təqsirləndirilən daha iki nəfərin məhkəməsi başlayır

Nardaran hadisələrinə görə həbs edilən şəxslərin cinayət işi üzrə istintaq tamamlanıb

Source:
Əbülfəz Bünyatov
Əbülfəz Bünyatov


Nardaran hadisələrinə görə həbs edilən şəxslərin cinayət işi üzrə istintaq tamamlanıb

Nardaran hadisələrinə görə təqsirləndirilən sonuncu iki şəxsin barəsində olan cinayət işi üzrə məhkəmə başlayır.

Vəkil Fariz Namazlının Meydan.tv-yə verdiyi məlumata görə, həbs olunan Elxan İsgəndərov və onunla birlikdə hazırda səhhətinə görə polisin nəzarəti altına verilən Əbülfəz Bünyatovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 17-nə təyin edilib.

Bununla da Nardaran hadisələrinə görə həbs edilən şəxslərin cinayət işi üzrə istintaq tamamlanıb.

Elxan İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu rayon məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub- olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu rayon Prokurorluğuna göndərilib.

Elxan İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs- qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlər”Nardaran işi”ndə təqsirləndirilən daha iki nəfərin məhkəməsi başlayır