”Nardaran işi” üzrə həbs edilənlərin qohumlarına təzyiq göstərilir

“Nardaran işi” üzrə ittiham olunan şəxslərin qohumları təzyiqə məruz qalır.

Source:


“Nardaran işi” üzrə ittiham olunan şəxslərin qohumları təzyiqə məruz qalır

“Turan” yazır ki, noyabrın 16-da Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə belə deyib.

O, məhkəmə nəzarətçilərinin ittiham olunan şəxslərin prosesə gələn doğmalarının şəxsiyyət vəsiqələrini yığaraq sürətini çıxardıqlarını, sonradan ünvan məlumatlarından istifadə edərək onlara əzyiq göstərdiklərini deyib.

Xüsusən, müttəhim İbrahim Xudaverdiyev bildirib ki, onun qohumları prosesdə iştiraka görə təzyiqə məruz qalırlar.

Xudaverdiyevin sözlərinə görə, qaynını polisə çağırıblar və bacısının (Xudaverdiyevin həyat yoldaşı) məhkəməyə getməməsini tələb ediblər.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışma nəticəsində ikisi polis olmaqla 6 nəfər həlak olub. Bu iş üzrə əksəriyyəti “Müsəlman Birliyi” hərəkatının üzvləri və tərəfdarları olmaqla, ümumilikdə 70-ə yaxın insan məsuliyyətə cəlb olunub. Onlar CM-in bir sıra maddələri üzrə – konstitusiya quruluşunun zorla dəyişdirilməsi, mütəşəkkil silahlı cinayətkar qrup yaratmaq və s.-də ittiham olunur.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə ittiham olunan 18 nəfərin işi üzrə proses gedir. Onlar arasında AXCP sədr müavini Fuad Qəhrəmanlı da var, o, dövlət əleyhinə çağırışlarda, dini ədavət salmaqda, kütləvi iğtişaşlara çağırışlarda ittiham olunur.

Əslində Qəhrəmanlı öz facebook səhifəsində nardaranlıları öz hüquqlarını müdafiə etməyə çağıran müraciət yazıb.

Ana səhifəXəbərlər”Nardaran işi” üzrə həbs edilənlərin qohumlarına təzyiq göstərilir