”Nardaran işi”: Məhkəmədə ”İstefa!”, ”Azadlıq!” şüarları səsləndirilib

Hakim vəkillərdən Vəkillər Kollegiyasına şikayət edəcək

Source:


Hakim vəkillərdən Vəkillər Kollegiyasına şikayət edəcək

Sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, iclasda vəkil Yalçın İmanov Abbas Hüseynovun prosesdə iştirakının təmin olunması barədə vəsatət verib. Vəkil bildirib ki, əks halda şahidlərin dindirilməsində iştirak etməyəcəklər. Digər vəkillər və təqsirləndirilənlər vəsatəti müdafiə ediblər. Prokuror Nəsib Bayramov isə bildirib ki, təqsirləndirilən şəxslər məhkəmənin xəbərdarlığına məhəl qoymurlar. Prokuror bildirib ki, vəkillərin vəsatəti süründürməçiliyə xidmət edir. Məhkəmə vəsatəti təmin etməyib. Taleh Bağırzadə isə hakim Əlövsət Abbasovdan soruşub: “26 sentyabr referendumdan sonra İlham Əliyev şah, yoxsa kral olacaq?” Hakim suala cavab verməyib. Daha sonra təqsirləndirilən şəxslər “İstefa”, “Azadlıq” şüarları səsləndiriblər.

Nardaran
Nardaran

Vəkillər müdafiə etdikləri şəxslərlə məsləhətləşiblər. Onlar vəkillərdən tələb ediblər ki, Abbas Hüseynovun iştirakı təmin olunmasa şahidlərin dindirilməsində vəkillər iştirak etməsin.

Hakim prosesi sentyabrın 28-nə təxirə salıb və vəkillər haqqında Vəkillər Kollegiyasına şikayət edəcəyini deyib.

Ana səhifəXəbərlər”Nardaran işi”: Məhkəmədə ”İstefa!”, ”Azadlıq!” şüarları səsləndirilib