Nardaran işi: Hökm oxundu

Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il müddətinə azadlıqdan məhrum edilib

Source:


Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il  müddətinə azadlıqdan məhrum edilib

Dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm elan edilib. Hökmə əsasən, Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyatov 12 il 3 ay, Elman Ağayev 13 il, Elxan Həsənov 12 il 3 ay, Ramil Seyfullayev 13 il, Mübariz İbrahimov 13 il, Ruzi İsmayılov 15 il, və Cabir Əliyev isə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.

Onlar özlərini təqsirli bilmirlər.

Ana səhifəXəbərlərNardaran işi: Hökm oxundu