Nardaran hələ də qaranlıqdadır

“Qəsəbə xəstəxanasında körpə uşaqlar var, “Azərişıq” heç olmasa xəstələri nəzərə alaraq bu tibb ocağına elektirk versin”

Source:

“Qəsəbə xəstəxanasında körpə uşaqlar var, “Azərişıq” heç olmasa xəstələri nəzərə alaraq bu tibb ocağına elektirk versin”

“Hələ ki, Nardarana elektrik enerjisi verilməsi bərpa edilməyib”. Bu haqda Turan-a Nardaran ağsaqqallarından Natiq Kərimov bildirib.

O qeyd edib ki, qəsəbə xəstəxanasında körpə uşaqlar var, “Azərişıq” heç olmasa xəstələri nəzərə alaraq bu tibb ocağına elektirk versin.

Həbs edilənlərin dəqiq sayını hələ də bilmədiklərini deyən kənd ağsaqqalı İbrahim adlı şəxs istisna olmaqla, qalanların Mütəşəkkil Cinayətkarlğğa qarşı Baş Mübarizə İdarəsində saxlandıqlarını söyləyib. Kənd sakini olan İbrahim adlı şəxs isə Kürdəxanı təcridxanasına aparılıb.

Saxlanılanlara dövlət tərəfindən vəkillər təyin olunsa da, bu vəkillər hələ tutulanlarla görüşməyiblər.

Kəndin divarlarına yazılmış Məhəmməd peyğşmbər (ə.s)-ın, Əhli-Beyt üzvlərinin kəlamlarının pozulması tələblərinə gəlincə, N.Kərimov belə tələbin olmadığını, bu haqda deyilənlərin şayiə olduğunu bildirib.

N.Kərimov hadisələr zamanı həlak olan şəxslərin meyitlərinin hələ də valideynlərinə verilmədiyini də nəzərə çatdırıb.

Ana səhifəXəbərlərNardaran hələ də qaranlıqdadır