Nardaran hadisələrində təqsirləndirilən daha bir şəxsə hökm oxunub

Məhkəmənin hökmü ilə R.Babayev 2 il 9 ay azadlıqdan məhrum edilib

Source:


Məhkəmənin hökmü ilə R.Babayev 2 il 9 ay azadlıqdan məhrum edilib

Sabunçu rayon Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən Nardaran qəsəbə sakini Razi Abbasəli oğlu Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Babayev 2 il 9 ay azadlıqdan məhrum edilib.

Razi Abbasəli oğlu Babayev ötən ilin noyabr ayında Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyatdan sonra saxlanılaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. R.Babayev Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsilə ittiham olunub.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlar Bakının Nardaran qəsəbəsində “Müsəlman Birliyi” adı ilə fəaliyyət göstərən qurumun üzvlərinə qarşı xüsusi əməliyyat keçirib. Hadisə nəticəsində təşkilat üzvlərinin hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı silahlı müqavimət göstərməsi nəticəsində 2-si polis olmaqla 6 nəfər həlak olub, 14 nəfər isə yaxalanmışdı. Hadisədən sonra təşkilatı dəstəkləyən onlarla şəxs silahla yaxalanıb.

Ana səhifəXəbərlərNardaran hadisələrində təqsirləndirilən daha bir şəxsə hökm oxunub