Nardaran hadisələri ilə bağlı saxlanılan 30 nəfərin məhkəməsi başlayıb

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham olunurlar

Source:


Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham olunurlar

Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 30 nəfər şəxsin cinayət işi üzrə məhkəmələrinin hazırlıq iclasları başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, həmin şəxslərin işinə ayrı-ayrılıqda baxılır.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, işlər baxış iclasına verilib.

Nardaran sakinləri olan təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham olunurlar.

Ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə 4 nəfər öldürülüb, daha bir neçə nəfəri yaralanıb. Hadisə zamanı 2 polis əməkdaşı da dünyasını dəyişib.

Ana səhifəXəbərlərNardaran hadisələri ilə bağlı saxlanılan 30 nəfərin məhkəməsi başlayıb