Nardaran blokadaya alınıb

Kəndə giriş-çıxış qadağan olunub, hər kəs evindəki yeməyi İmam Hüseyn meydanına gətirir

Source:

“Ərzaqların hamısı İmam Hüseyn meydanına yığılıb. 2002-2003 – cü illərdə də biz bu günləri görmüşük. Öz kəndimizin sakinləri evlərində nə varsa, gətirirlər, kimin ehtiyacı varsa yemək yeyir”- Nardaran sakini Hacı İlqar bu barədə Meydan TV-yə məlumat verib. O deyib ki,  meyitlər hələ onlara təhvil verilməyib.

Hacı bildirib ki, hazırda kənddə işıq yoxdur. “İki gündür kəndə işıq vermirlər.  Tanrıverdi Mustafayev bu gün televiziyada danışanda deyir ki, bizim borcumuz var. Yalan deyir, bizim borcumuz yoxdur. Hamının evində ödəniş qəbzləri var. Az-maz borc olar, amma 42milyon nədir?! Kim verməyibsə, onun işığını kəssinlər, niyə bütün kəndin işığın kəsiblər? Bu, hansı demokratiyada, hansı qanunda  var ?! Qaz yoxdur, işıq yoxdur, blokadaya alıblar, yollarımızı bağlayıblar. Danışanda demokratiyadan danışırlar. Taksilər də gəlmir, giriş-çıxış yoxdur”.

Hacı İlqar kənddə sakitliyin hökm sürdüyünü və meyitləri gözlədiklərini bildirib.

“Azərişıq” ASC açıqlama yayıb ki, Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min borcu var. Məlumata əsasən 2015-ci ilə qədər bu borcun məbləği 37 milyon 966 min manta olub. Bu ilin 10 ayında isə 4 milyon 300 min manat elektrik enerjisi ilə bağlı borc var.

Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu isə 1 milyon 376 min manat təşkil edir: “ Bunun 387 min 330 manatı 2013-cü il, 558 min 624 manatı 2014-cü il, 450 min 363 manat isə bu ilin 10 ayı üçün olub”-açıqlamada qeyd olunub.

Ana səhifəXəbərlərNardaran blokadaya alınıb