Nardaran Ağsaqqallar Şurasının sədri saxlanıldı və sərbəst buraxıldı (yenilənib)

Onun Sabunçu rayon Polis İdarəsinə aparıldığı bildirilir

Source:


21.05. Son məlumata görə, Natiq Kərimov sərbəst buraxılıb.


Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub.


Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.


***


13.40. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.


Onun Sabunçu rayon Polis İdarəsinə aparıldığı bildirilir

Polis Nardaran Ağsaqqllar Şurasının sədri Natiq Kərimovu saxlayıb. “Report”un xəbərinə görə, N.Kərimov şəxsi avtomobili ilə qəsəbədən çıxarkən Nardaranın giriş-çıxışında qurulmuş postda tutulub.

Onun Sabunçu rayon Polis İdarəsinə aparıldığı bildirilir.

Meydan TV-nin Natiq Kərimovla əlaqə saxlamaq cəhdi alınmayıb.

Ana səhifəXəbərlərNardaran Ağsaqqallar Şurasının sədri saxlanıldı və sərbəst buraxıldı (yenilənib)