“Nano Electronics” maliyyə böhranı səbəbindən əksər obyektlərini bağlamalı olub

40-dan artıq şəxs işsiz qalıb, şirkətin uzunmüddətli kreditlərini toplaya bilməməsi nəticəsində 1 mln. manat borcu yaranıb

Source:


40-dan artıq şəxs işsiz qalıb, şirkətin uzunmüddətli kreditlərini toplaya bilməməsi nəticəsində 1 mln. manat borcu yaranıb

Mağazalar şəbəkəsindən “Report”a bildirilib ki, şirkət bazar mövqeyini qorumaq məqsədi ilə mağazalarının sayını azaltmaq məcburiyyətində qalıb.

“Biz bazardan tam silinməmək üçün bu addımı atmaq məcburiyyətində idik. Hazırda 11 mağazadan ancaq 4-ü fəaliyyətini davam etdirir. Azərbaycanda elektronika istehsalı olmadığından bizdə idxala əsaslanan ticarət növüdür və burada da açıq valyuta siyasəti həyata keçirilir, yəni məhsulları dollarla alıb, milli valyuta ilə satmaq məcburiyyətindəyik. Nəticədə, avtomatik olaraq məzənnə fərqi sahibkarın ziyanına gətirib çıxarır”, – deyə şirkətin açıqlamasında bildirilib.

Şirkət bazarda yaranmış vəziyyət nəticəsində məhsullarının satışını reallaşdıra bilmədiyi üçün satış strategiyasını da dəyişməli olub. “Nano Electronics” ehtiyatlı addım atmaq taktikasına keçərək satışın qaydalarında bir sıra yeniliklər tətbiq etməli olduğunu açıqlayıb. Şirkət artıq uzunmüddətli kreditlə məhsul satışını, kredit kartları vasitəsilə banklarla əməkdaşlıq prosesini dayandırıb.

“Report”a daxil olan məlumata görə, “Nano Electronics”in mağazalarının bağlanması nəticəsində 40-dan artıq şəxs işsiz qalıb. Şirkətin uzunmüddətli kreditlərini toplaya bilməməsi nəticəsində 1 mln. manat borcu yaranıb. Mağazalarının bağlanması da məhz bu borcun toplanması məqsədini daşıdığı qeyd edilir.

Ana səhifəXəbərlər“Nano Electronics” maliyyə böhranı səbəbindən əksər obyektlərini bağlamalı olub