Mənbə: Meydan TV

Namizədlə görüşə gələn: “Mən JEK işçisiyəm, məni göndəriblər”

Namizədlə görüşə gələn: “Mən JEK işçisiyəm, məni göndəriblər”

4-cü dəfədir deputat olmaq istəyən Ziyad Səmədzadə seçiciləri ilə görüş keçirib. Görüşə gələnlər içərisində JEK işçiləri də olub. Onların bir neçəsi görüşə işdən göndərildiklərini deyiblər. Görüşə gəlib qapı arxasında qalan JEK işçisi deyir: “Mən bu 12 ildə millət vəkilimi tanımıram. Məni göndəriblər ki, ora get. Bura gəlib deyirəm ki, xahiş edirəm, məni içəri buraxın ayaq üstdə durum, şikayət eləməyəcəm, sadəcə istəyirəm ki, millət vəkilimi tanıyım. Bu insanlar qətiyyən məni içəri buraxmaq istəmir. Mən bu insanı (oxu: Ziyad Səmədzadə) 12 ildə tanımamışam”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xey5tg

Ən çox baxılan