Dekabrın 10-da Xətai Rayon Məhkəməsində hüquqşünas Namizəd Səfərovun məhkəmə prosesi keçirilib.
Məhkəmənin qərarı ilə Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Namizəd Səfərov dələduzluqda ittiham olunur.
Hökumətyönlü medialar yazır ki, hüquqşünas 53 min manat vəsaiti ələ keçirməkdə ittiham olunur.
Hüquqşünasın özünün ittihama münasibəti bəlli deyil.
Namizəd Səfərov dekabrın 9-da saxlanılıb.
O, Vəkillər Kollegiyasından 2005-ci ildə çıxarılıb. Səfərov bunu kollegiya rəhbərliyini tənqid etməsi ilə əlaqələndirib. Kollegiya isə həmin qərarı qanunvericiliyin tələblərinin pozulması ilə əsaslandırıb.
Namizəd Səfərov 2020-ci ildə Demokratik Qüvvələrin Milli Şurasından istefa verib.