Nail Allahverdiyev həbs edilib – YENİLƏNİB

DİN həbsi nə təsdiq, nə təkzib edir

Source:



Nail Allahverdiyev barəsində həbs-qətimkan tədbiri Xətai rayon Məhkəməsində seçilib.



Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov məlumat verib.



Vəkilin sözlərinə görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən N. Allahverdiyev özü də iştirak edib.



S. Bayramov həmçinin müvəkkilinin baş vermiş hadisədən peşmançılıq hissi keçirdiyini, apelyasiya şikayətinin verilməsi ilə bağlı isə hələlik qərar vermədiklərini qeyd edib.


***


DİN həbsi nə təsdiq, nə təkzib edir

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin həbs edildiyi deyilir.

O, avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinir.

“Report” yazır ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qəza vaxtı xəsarət almış N.Allahverdiyevin törətdiyi hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

Xəbəri Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti nə təsdiq, nə də təkzib edib.

Avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə zamanı N.Allahverdiyevin idarə etdiyi “Gelandewagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Ana səhifəXəbərlərNail Allahverdiyev həbs edilib – YENİLƏNİB