”Nərgiz” mükafatı bu il həbsdə olan işçi fəalı Afiəddin Məmmədova verildi

Foto: Meydan TV

Dekabrın 20-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş “Nərgiz” mükafatının təqdimat mərasimi keçirilib.

Bu il “Nərgiz’’ mükafatı həbsdə olan İşçi Masası Həmkarlar Konfederasiyasının sədri Afiəddin Məmmədova verilib.

Mükafatı onun adından Konfederasiyasının üzvü Sara Rəhimova qəbul edib.

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin xuliqanlıq, qanunsuz silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.

Onun sədri olduğu “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də yaradılıb və Azərbaycanda işçilərin hüquqlarını müdafiə etmək məqsədi daşıyır.

“Nərgiz” mükafatı 2015-ci ildə hepatit xəstəliyindən vəfat etmiş gənc ictimai fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib. Gənc yaşlarından ictimai-siyasi proseslərin fəal iştirakçılarından olmuş Nərgiz vəfat edəndə atası Tofiq Yaqublu həbsdə idi.  Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu hazırda da həbsdədir.

“Nərgiz” mükafatı 2016-cı ildən həbsdə olan bir sıra ictimai fəallara verilir.

Ana səhifəSiyasət”Nərgiz” mükafatı bu il həbsdə olan işçi fəalı Afiəddin Məmmədova verildi