“Mən Ali Məhkəmənin sədri Ramiz Rzayevin korrupsiya əməlləri barədə nə demişəmsə, tam həqiqətdir”
Vəkil Müzəffər Baxış 2 saylı İnzibati İqtisad Məhkəməsində iddia qaldırıb. O, Vəkillər Kollegiyasının özü haqqında 16 aprel qərarının ləğv edilməsini istəyir.
Müzəffər Baxış Meydan TV-yə deyib ki, Mülki Prosesual Məcəlləsinin 254.1.4 maddəsinə əsasən başqa məhkəmənin icraatında inzibati iş varsa və bunlar bir-birilə qarşılıqlı bağlıdırsa, o zaman məhkəmə işi üzrə icraatı dayandırmalıdır: “Vəkillər Kollegiyasının mənə qarşı olan iddia ərizəsi üzrə mülki işin icraatı həmin iş üzrə icraat başa çatana qədər dayandırılır”.
Müzəffər Baxış qanuni imkanlardan istifadə edib sona qədər mübarizə aparacağını deyib: “Mən Ali Məhkəmənin sədri Ramiz Rzayevin korrupsiya əməlləri barədə nə demişəmsə, tam həqiqətdir. Əgər Rzayev özünü təmiz adam sayırsa, o zaman namaz qılanlara müraciət edirəm, gedib, onun ovcunda namaz qılsınlar”.