Muxtar Mahmudov: Azad olunmuş rayonlarda elektroenergetika infrastrukturu yaradılır

“İşğaldan azad olunmuş bütün rayonlarda ilin sonuna kimi yarımstansiyalar fəaliyyətə başlayacaq”

Source: Ivor Prickett – The New York Times


"İşğaldan azad olunmuş bütün rayonlarda ilin sonuna kimi yarımstansiyalar fəaliyyətə başlayacaq"

İşğaldan azad edilmiş ərazilərdə elektroenergetika infrastrukturunun yaradılmasına

başlanılıb

. Eyni zamanda, respublika enerjisinə inteqrasiya istiqamətində Qarabağ Enerji Strategiyası hazırlanıb.

"Azərenerji" ASC-nin Texniki İstehsalat İdarəsinin şöbə rəisi Muxtar Mahmudov belə deyib.

Bildirib ki, Qarabağ Enerji Strategiyası hər bir rayonda 110 kilovoltluq yarımstansiyaların tikintisini və onların yüksək gərginlik xətləri ilə ölkə sisteminə inteqrasiyasını nəzərdə tutur: "Qarabağda regional mərkəz kimi Ağdam şəhərinin seçildiyini nəzərə alaraq, “Azərenerji” ASC Ağdam rayonunda 110 kilovoltluq iki yarımstansiyanın tikintisinə başlayıb. Gələcəkdə artım tələbatından asılı olaraq yeni yarımstansiyaların tikintisi də mümkündür. Bu yarımstansiyaların elektrik təchizat şəbəkəsinə qoşulması üçün “Xındırıstan” yarımstansiyasından 110 kilovoltluq, 40 kilometr uzunluğunda xətt çəkilir".

Muxtar Mahmudov deyib ki, Qarabağ Enerji Strategiyasına əsasən, işğaldan azad olunmuş bütün rayonlarda bu ilin sonuna kimi yarımstansiyalar fəaliyyət göstərəcək: "Füzulidə ötən ay ölkə başçısının iştirakı ilə yarımstansiya açılıb, daha əvvəl Şuşada 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı həyata keçirilib. Bundan əlavə, "Azərenerji" ASC tərəfindən kiçik su elektrik stansiyalarının bərpası istiqamətində də işlər davam edir. Dövlətimizin başçısının iştirakı ilə istismara verilən ilk infrastruktur layihəsi kimi Laçın rayonu ərazisində "Güləbird" Su Elektrik Stansiyasını misal göstərə bilərik… Hazırda Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərdə yeni yarımstansiyaların tikintisi davam edir. Kəlbəcərə Daşkəsəndən yeni 110 kilovoltluq xətt çəkilir".

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.

Ana səhifəXəbərlərMuxtar Mahmudov: Azad olunmuş rayonlarda elektroenergetika infrastrukturu yaradılır