Müxalifətin siyasi məhbuslara azadlıq tələbi (VİDEO)

Milli Şura ölkədə “Repressiyalara son”, “Siyasi məhbusları azad et” şüarları ilə mitinq keçirib. “Məhsul” stadionunda baş tutan icazəli mitinqdə 5 nəfər şəxs İslam Dövləti bayrağını (İŞİD) qaldırmaq istəyib, amma mitinq iştirakçıları həmin şəxsləri tutaraq onları polis işçilərinə təhvil veriblər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, bu, hakimiyyətin təşkil etdiyi provakasiyadır. Mitinqdə çıxış edənlər Azərbaycan hakimiyyətini siyasi məhbusları dərhal, danışıqsız azad etməyi tələb ediblər.

Ana səhifəVideoMüxalifətin siyasi məhbuslara azadlıq tələbi (VİDEO)