Müxalifətin növbəti birgə mitinqi təyin olunub

Aksiya Mart qırğınının 100 illiyinə təsadüf edir

Source:
Bakıda mitinq
Bakıda mitinq


Aksiya Mart qırğınının 100 illiyinə təsadüf edir

Müxalif qüvvələrin növbəti aksiyası 31 martda 15:00-da “Məhsul” stadionunda keçiriləcək.

Mitinqin əsas şüarları “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!” və “Siyasi məhbuslara azadlıq!” olacaq. Bu barədə AXCP sədri Əli Kərimli şəxsi “Facebook” səhifəsində bildirib. Əli Kərimli əlavə edib ki, növbəti mitinq həm də Bakıda ermənilərin törətdiyi Mart qırğınının 100 illiyinə təsadüf edir:

“Biz bu mitinqdə “Erməni terrorunu lənətləyirik!”, “Beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlılara qarşı soyqırımına hüquqi-siyasi qiymət versin!” tələblərini dә irəli sürəcəyik. Hər birinizi ümumxalq mitinqinə dəvət edirik! Mitinqə hamılıqla gəlin ki, dünya da, Azərbaycandakı rejim də səsimizi eşitsin!”

Milli Şura və Müsavat Partiyasının birgə mitinqi 10 mart 2018-ci ildə baş tutmuşdu. Mitinqdən əvvəl 10-a yaxın gənc fəal saxlanılmış və barələrində inzibati həbs tədbiri seçilmişdi.

Ana səhifəXəbərlərMüxalifətin növbəti birgə mitinqi təyin olunub