Milli Şura və Müsavat Partiyası birgə mitinq keçirəcək
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şura və Müsavat Partiyasının aprelin 14-nə nəzərdə tutduğu mitinqə icazə verib.
Bu barədə icra hakimiyyətinin cavab məktubunda bildirilib.
Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçirilib.
Milli Şura və Müsavat Partiyası seçkini boykot edib.
Mərkəzi Seçki Komissiyası YAP-ın namizədi İlham Əliyevi seçkinin qalibi
elan
edib.
Demokratik qüvvələrin Milli Şurası və Müsavat partiyası sonuncu dəfə martın 31-də mitinq keçirib. Mitinqdə “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!”, “İstefa” kimi şüarlar səsləndirilib.