Oktyabrın 14-də Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Oqtay Gülalıyev, Eldəniz Quliyev, AXCP sədrinin müavini Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıblar. Siyasilər Meydan TV-yə deyiblər ki, “Bandotdel” kimi tanınan qurumda təxmini 20-25 dəqiqə davam edən söhbət zamanı onlara sosial şəbəkələrdə paylaşımlarına diqqət yetirmələri ilə bağlı xəbərdarlıq edilib.