Müxalifətçilər AŞPA Dəyərləndirmə Missiyası ilə görüşüb

Görüşdə Referendum Aktı ilə bağlı geniş fikir mübadiləsi aparılıb

Source:
Aleksandr Nikoloski foto unikal.az
Aleksandr Nikoloski foto unikal.az


Görüşdə Referendum Aktı ilə bağlı geniş fikir mübadiləsi aparılıb

Sentyabrın 25-də Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, REAL Hərəkatı icra katibi Natiq Cəfərli Aleksandr Nikoloskinin rəhbərlik etdiyi AŞPA Dəyərləndirmə Missiyası ilə görüşüblər.

Bu barədə Meydan TV-yə görüş iştirakçıları məlumat verib.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda da Azərbaycanda sentyabr ayının 26-da keçirilən Referendumu Dəyərləndirmə Missiyasını daxildir.

Məlumata görə, görüş zamanı Referendum Aktı ilə bağlı geniş fikir mübadiləsi edilib. Venesiya Komissiyasının sənədə verdiyi rəy haqqında ətraflı müzakirə olub. Görüşdə Cəmil Həsənli və Əli Kərimli Milli Şuranın sentyabrın 11 və 17-də keçirdiyi kütləvi mitinqlərl haqqında AŞPA-nın Dəyərləndirmə Missiyasının üzvlərinə geniş məlumat veriblər. Azərbaycan üzrə həmməruzəçi S.Şennak 17 sentyabr mitinqdə saxlanılanlar və həbs olunanlarla bağlı bir sıra dəqiqləşmələr aparıb.

REAL təmsilçisi Natiq Cəfərlinin həbsi ilə bağlı məsələlər ətrafında da müzakirələr açılıb. Natiq Cəfərli həbsinin səbəbləri, istintaq prosesi, REAL-ın Təşəbbüs Qrupu yaratmaq cəhdləri və hakimiyyətin repressiyalar yolu ilə buna mane olması haqqında missiya iştirakçılarına məlumat verib. Milli Şuranın sədri Cəmil Həsənli və AXCP lideri Əli Kərimli referenduma çıxarılan əlavə və dəyişikliklərin anti-konstitusion xarakteri, bu dəyişikliklərin xalqın deyil, bir ailənin maraqlarına yönəldiyi, hakimiyyətin normal referendum və seçki keçirmək istəyindən uzaq olması barədə AŞPA nümayəndələrinə geniş məlumat verib və Azərbaycan cəmiyyətində öz nüfuzunu itirmiş AŞPA üçün refererendumu qiymətləndirmək məsələsinin bir sınaq məqamı olduğu vurğulayıb.

C.Həsənli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının 2015-ci il parlament seçkilərinə və hazırki referenduma dəvət edilməməsini qurumun 2013 – cü il prezident seçkiləri zamanı nümayiş etdirdiyi prinsipial mövqe ilə bağlı olduğunu bildirib. O xatırladıb ki, Azərbaycanda son prezident seçkiləri zamanı bu təşkilat ölkənin ən böyük siyasi tədbirində 58 faiz saxtakarlığa yol verildiyini rəsmi şəkildə açıqlamışdı. AXCP sədri Ə.Kərimli AŞPA ilə bağlı “Kürü diplomatiyası” və digər neqativ halları yada salıb, təmsil etdikləri təşkilata münasibətdə etimadın bərpa olunmasının bu və ya digər dərəcədə Dəyərləndirmə Missiyasının referendumu nə dərəcədə obyektiv qiymətləndirəcəklərindən asılı olacağını xatırladıb. Görüş zamanı müxalifət nümayəndələri AŞPA nümayəndələrinin bir sıra suallarını cavablandırıblar.

Ana səhifəXəbərlərMüxalifətçilər AŞPA Dəyərləndirmə Missiyası ilə görüşüb