Müxalifətçi: ''Şəhidlər Xiyabanını ziyarət etdiyimə görə 500 manat cərimələndim''

Dirçəliş Günü Milli Şura və AXCP üzvlərinin Şəhidlər Xiyabanını ziyarət etmək istəyinin qarşısı polis müdaxiləsilə alındı, həbs və cərimələrlə sonlandı. Həbs edilən partiya lideri Əli Kərimlinin harada saxlandığı bəlli olmadı,

O, iki gün sonra məhkəməsi keçirilərək 2500 manat cərimələndi.

Vəkil Fuad Ağayev bildirdi ki, apelyasiya şikayətinə məqbul baxılmazsa, Avropa Məhkəməsinə üz tutacaqlar.

17 noyabrdakı olayda AXCP sədri Əli Kərimlidən başqa, Milli Şuranın sədri Cəmil Həsənli və 52 cəbhəçi saxlanmışdı. Sonradan Cəmil Həsənli və bir neçə fəal sərbəst buraxıldı.

Hadisənin sorağı xarici mediaya qədər gedib çıxdı. NYT, WP partiya liderinin həbsi və toplaşmaq hüququnun qarşısının alınması xəbərini yaydılar.

Saxlanılanlardan dördü 400-500 manat məbləğində cərimələnib. Digər üç cəbhəçi isə 20 sutka inzibati həbs cəzası alıb.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hadisəni "sanksiyalaşdırılmamış yürüş-mitinq" adlandırıb.

Baş Polis İdarəsinin yaydığı məlumatda deyilir ki, iştirakçılar İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2 maddələri ilə - küçə yürüşünün təşkili, keçirilməsi, həmçinin bu yürüşdə iştiraka görə həbs və cərimə ediliblər.

Milli Şura və AXCP-çilər məqsədlərinin yalnız ziyarət olduğunu vurğulayır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ea9mnl

Ən çox baxılan