Müxalifət Naxçıvandan imtina edib

“Nə yazıq ki, siyasilər hadisə yaratmaq əvəzinə, mövcud şərtlər daxilində manevrlər etməyə çalışırlar”.

Fotolar: Meydan TV


Akif Qurbanov: “Azərbaycan müxalifəti siyasi proseslərə strateji yanaşmır”

Azərbaycan müxalifəti əvvəlki parlament seçkilərində olduğu kimi 9 fevrala təyin edilən növbədənkənar seçkilərdə də Naxçıvan Muxtar Respublikasından namizəd irəli sürməyib. Bundan başqa fevralın 9-da muxtar respublikanın Ali Məclisinə təyin edilən seçkilərdə iştirakla bağlı da müxalifət partiyalarından heç biri münasibət bildirməyib.

2015-ci il seçkilərində yalnız BAXCP sədri Qüdrət Həsənquliyev 7 saylı Ordubad-Culfa seçki dairəsindən namizədliyini irəli sürüb və mandat alıb. Ancaq BAXCP sədrinin növbədənkənar seçkilərdə həmin dairədən namizədliyini irəli sürəcəyi bilinmir.

Qüdrət Həsənquliyev

2019-cu ilin fevralında Naxçıvan rəhbərliyini sərt tənqid edib.


Deputat

ın tənqidlərini qarşı tərəf də cavabsız qoymayıb.

Onun Naxçıvandakı köməkçisi Hüseyn Müzəffərli Meydan TV-nin bu barədə sualına cavab olaraq bildirib ki, Qüdrət Həsənquliyev deputatlığa namizədliyini irəli sürəcək, amma hansı dairədən bunu edəcəyi barədə məlumat yoxdur.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə seçkilərdə iştirakın və hansı dairələrdə namizədliklərin irəli sürülməsi haqda hələ qərarın olmadığını deyib:

“Hansı dairələrdən kimlərin seçkiyə qatılması barədə hələ müzakirələr gedir. Partiyanın müvafiq strukturlarının qərarı olanda mətbuata təqdim olunacaq”.



“Naxçıvanda partiyaların yerli təşkilatları zəifdir”

Əslən Naxçıvandan olan siyasətçilər Azərbaycan müxalifətinin muxtar respublikadakı seçki dairələrindən namizədlərinin olmamasının səbəbini siyasi vəziyyətlə əlaqələndirirlər.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Naxçıvanda seçki kampaniyası aparmaq asan deyil:

“Muxtar respublikada seçkiyə qatılmaq istəyən namizədimiz yoxdur. Əslində, normal siyasi şərait olsaydı, orada seçkilərdə iştirak etmək daha rahat olardı. Çünki hamı hamını tanıyır. 2015-ci il seçkilərində ADP Naxçıvandan iki namizədlə seçkiyə qatılmışdı. Hər ikisi Qarabağ müharibəsi əlili idi. Yəni bizim partiya bölgədən namizəd irəli sürüb. Hətta seçkilərin saxtalaşdırılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət ediblər”.

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu Naxçıvanda yerli təşkilatlarının zəif olduğunu da etiraf edib:

“Ümumiyyətlə, Naxçıvanda işsizlik insanları qonşu ölkələrə qazanc arxasınca getməyə məcbur edib. Faktiki olaraq, orada insanlar yaşamaq urunda mübarizə aparırlar. Kəndlərdə hər on evdən altısının qapısı bağlıdır. Nəhayət insanlar siyasi-iqtisadi basqı altındadırlar. Müxalifət partiyası orada təşkilat saxlamaq üçün maaş verməlidir ki, bu da mümkün deyil. Adamlar da ailəsini dolandırmaq üçün Türkiyə və İrana gedir. Belə olanda, adamlar aylarla evlərində olmur”.



“Əhali siyasi proseslərə maraq göstərmir”

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Naxçıvanda əksər iri partiyaların yerli təşkilatlarının olmamasını müxtəlif səbəblərlə izah etdi.

Fazil Mustafa bildirib ki, partiyaların Naxçıvanda olan təşkilatlarının aparıcı fəalları Bakıya köçüb:

fazil mustafa 2504.jpg
Fazil Mustafa

“AXCP-nin, Müsavatın, ADP-nin yerli təşkilatlarının sədrləri paytaxta köçüb. Artıq bu təşkilatlar Naxçıvanda yoxdur. Bizim yerli təşkilat olsa da, zəifdir. Səbəb əhalinin siyasi proseslərə maraq göstərməməsidir. Rayon təşkilatı olmayanda da, seçki kampaniyasını kiminlə aparacaqlar?!”

Müsavat Partiyasının başqanı Arif Hacılı 2010 və 2015-ci il parlament seçkilərində Naxçıvan dairələrindən namizəd irəli sürdükləri şəxslərin təzyiqə məruz qaldıqlarını xatırlatdı:

“Məlum təzyiqlərə və muxtar respublikadakı siyasi vəziyyətə görə namizəd irəli sürmədik”.

Seçkilərdə iştirak qərarı verən ReAL Partiyasının da Naxçıvan Muxtar Respublikasından namizəd irəli sürəcəyi barədə dəqiq məlumat yoxdur.



“Hakimiyyət müxalifətin hara qədər addım atacağını bilir”

Seçki məsələləri üzrə ekspert Akif Qurbanov Azərbaycan müxalifətinin siyasi proseslərə ciddi və strateji yanaşmadığını və iddia qoymadığını düşünür:

Hüquqşünas  Akif Qurbanov
Akif Qurbanov

“Nə yazıq ki, siyasilər hadisə yaratmaq əvəzinə, mövcud şərtlər daxilində manevrlər etməyə çalışırlar. Yəni ideoloji olaraq dəyərlər üzərindən sərt mövqe qoysalar da, siyasi-strateji oyun qaydalarını dəyişməyə, yaxud yeni oyun qaydaları qoymağa cəhd etmirlər. Təəssüf ki, oyun qaydalarını hakimiyyət müəyyənləşdirdiyindən müxalifətin hara qədər addım atacağını bilir və ona uyğun da adekvat tədbirlər görür. Niyə müxalifət liderlərindən biri Naxçıvan dairələrindən namizədliyini irəli sürməsin? Qoymasalar, cəmiyyət də prosesi görəcək”.

Demokratik Qüvvələrin Milli Şurası, AXCP, Demokratiya və Rifah Hərəkatı, Klassik Xalq Cəbhəsi, Xalq Partiyası seçkiləri boykot etmək qərarı verib. Müsavat, ADP, Ümid, ReAL partiyaları isə seçkilərdə iştirak edəcəklər.

Deputatların

Milli Məclis

in buraxılması üçün prezidentə etdikləri müraciəti İlham Əliyev qəbul edib və növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib.

Ana səhifəSiyasətMüxalifət Naxçıvandan imtina edib