Müxalif lider Tixanovskaya Saxarov mükavatına layiq görülüb

“Onlar heç bir gücün heç vaxt məğlub edə bilməyəcəyi bir şeyə sahibdirlər”

Source: google.az


“Onlar heç bir gücün heç vaxt məğlub edə bilməyəcəyi bir şeyə sahibdirlər”

Avropa İttifaqı (Aİ) qurumun ən yüksək insan haqları mükafatını Belarus Pezidenti Aleksander Lukaşenkonun davam etməkdə olan hakimiyyətinə meydan oxuduğu üçün ölkənin müxalifət hərəkatına və onun lideri Svetlana Tixanovskayaya təqdim edib, – “The İndependent” xəbər verir.

“Belarusda demokratik müxalifətin qadın və kişilərinin “2020 Saxarov Mükafatı” laureatları olduğunu elan etmək şərəfdir”,- Avropa Parlamentinin Prezidenti David Sassoli deyib.

“Onlar heç bir gücün heç vaxt məğlub edə bilməyəcəyi bir şeyə sahibdirlər: həqiqətə. Mübarizənizdən əl çəkməyin. Biz sizin yanınızdayıq”.

İyirmi yeddi dövlətli blok bu ay seçki pozuntularında şübhəli bilinən məmurlara və Belarusda etirazçılara qarşı amansızlıq nümayiş etdirmiş şəxslərə sanksiya tətbiq edilməsinə razılıq verib. Aİ müxalifətlə danışıqlara girməyəcəyi və başladılmış repressiyaya son qoymadığı təqdirdə Lukaşenkonun özünə sanksiya tətbiq etməyə hazır olduğunu bildirib.

Lukaşenko seçkilərdən sonra 80 faiz səs çoxluğuyla altıncı dəfədir prezidentlik postunu qoruyur. Lukaşenkonun qələbəsi 9 avqustdan bəri ölkədə kütləvi etirazlara səbəb olub.

Lukaşenkonun əsas rəqibi olan Tixanovskaya isə səslərin 10 faizini qazanıb. O və tərəfdarları səsvermənin nəticələrinin manipulyasiya edildiyini deyir və nəticələri tanımaqdan imtina ediblər.

Əvvəllər siyasi təcrübəsi olmayan 38 yaşlı keçmiş ingilis dili müəllimi Tixanovskaya prezidentliyə namizəd olmaq istəyən əri həbs edildikdən sonra seçkilərə qatılıb. O, hələ də həbsxanadadır.

Seçkilərdən sonra təzyiqlərə məruz qalan Tixanovkaya Litvaya köçmək məcburiyyətində qalıb.

Tixanovskayanın aldığı mükafat Sovet dissidenti Andrey Saxarovun adını daşıyır və 1988-ci ildə insan haqlarını, əsas azadlıqları müdafiə edən şəxslərə və ya qruplara hörmət əlaməti olaraq yaradılıb. Ötən ilin qalibi Çində uyğurların haqlarını müdafiə edən iqtisadçı İlham Tohti olub.

Ana səhifəDünyaMüxalif lider Tixanovskaya Saxarov mükavatına layiq görülüb