Müxalif gənclər Türkiyə səfirliyini ziyarət etdi

Onlar terror faciəsinin sivil dünya üçün utancverici hadisə olduğunu qeyd ediblər

Source:


Onlar terror faciəsinin sivil dünya üçün utancverici hadisə olduğunu qeyd ediblər

Bu gün AXCP, ReAL və NİDA üzvləri 16 fevralda Ankarada baş vermiş terror faicəsi ilə əlaqədar Türkiyə səfirliyinin önündə toplaşaraq, terror qurbanlarının xatirəsini yad ediblər. Hər təşkilat ayrılıqda səfirliyin önünə gül dəstələri qoyaraq, şam yandırıblar.

Onlar terror faciəsinin sivil dünya üçün utancverici hadisə olduğunu qeyd ediblər.

Türkiyə-Azərbaycan üçün qonşu ölkə olması ilə yanaşı, həmçinin strateji müttəfiqdir, dost və qardaş ölkədir. Orada baş verən faciəvi olay bizlər üçün də üzücüdür. Tədbir iştirakçıları bəyan ediblər ki, terrorla mübarizədə Türkiyə xalqının və dövlətinin yanındadırlar.

Ana səhifəXəbərlərMüxalif gənclər Türkiyə səfirliyini ziyarət etdi