Təbii ki, indi bizim şef işçilərinin maaşını cibindən ödəmək məcburiyətindədir. Ancaq onun da ehtiyatı tükənir. Bizim gəlirimiz ölkədəki orta aylıq maaşdan yüksəkdir. Məsələn, mən vergini hesablamasaq 1300 manat alırdım. Administrator və proqrammistlər 2 min manat alırdı. Ancaq bizim şef kommersantdır, xeyriyyəçi deyil. Odur ki, o, müqaviləsinin müddəti bitmiş işçilərlə yeni müqavilə bağlamamaq qərarına gəlib. Mən də o siyahıdayam.
Mən niyə işsiz qaldım? Hər şey çox sadədir. Ölkə böhrandadır. Keçən ilin büdcə pulları mənasız yerlərə xərclənib. Neft qiymətdən düşüb. Daha pul yoxdur.
Mənim işlədiyim (hələ ki!) “İDRAK” Technology Transfer kompaniyası dövlət idarələrinə və nazirliklərə xidmət edir. Dəqiq desək, DİN, XİN, DTX (köhnə MTN), Sərhəd Xidməti, Miqrasiya Xidmətinin şəxsiyyət vəsiqəsi, biometrik pasport, elektron visa, vətəndaşların elektron axtarışı və sərhəddən keçmələri ilə məşğul olan idarələrilə işləyirik.
Qısacası, şirkətimiz İAMAS sisteminin inteqratorudur: http://mfa.gov.az/files/file/24_24.pdf
Şirkət yalnız dövlət idarələri ilə işləyir. Ona görə də, dövlət büdcəsindən çox asılıdır.
Şirkətin saytı: http://idrak.az/index.php?option=com_content&view=article&id=21&Itemid=12&lang=ru
Rəhbəri Hikmət Abdullayevdir. DİN-də yaxşı əlaqələri olan adamdır.
Hər il dövlət DİN-nin vasitəsilə İAMAS sisteminin saxlanması üçün müəyyən qədər maliyyə ayırırdı. Bu il bu pul yarıba-yarı azaldılacaq. DİN 2015-ci ilin pulunu hələ tam ödəməyib. Ancaq artıq elan olunub ki, o da tam ödənilməyəcək. 2016-cı ilin ödəməsi də iki dəfə az olacaq.
Bundan əlavə, biometrik vəsiqələrə keçid layihəsi ikinci dəfədir ki, uzun müddətə təxirə salınır. Yəni prezidentin qərarı http://anspress.com/index.php?a=2&lng=ru&nid=188980 yenə vaxtında yerinə yetirilməyəcək. Əvvəlcə layihə Avropa Oyunlarına görə təxirə salındı, indi də ölkə iqtisadiyyatındakı problemlərə görə qeyri-müəyyən vaxta qədər təxirə salındı. Bu layihəni reallaşdırmaq üçün dövlətin hələ imkanı yoxdur.
Təbii ki, indi bizim şef işçilərinin maaşını cibindən ödəmək məcburiyyətindədir. Ancaq onun da ehtiyatı tükənir. Bizim gəlirimiz ölkədəki orta aylıq maaşdan yüksəkdir. Məsələn, mən vergini hesablamasaq 1300 manat alırdım. Administrator və proqrammistlər 2 min manat alırdı. Ancaq bizim şef kommersantdır, xeyriyyəçi deyil. Odur ki, o, müqaviləsinin müddəti bitmiş işçilərlə yeni müqavilə bağlamamaq qərarına gəlib. Mən də o siyahıdayam.
Ümumi neçə işçini ixtisar etdiyini hələ bilmirəm. Ancaq onlarla adamın ixtisar olunduğu dəqiqdir. Bəzilərinin müqavilələri uzadılmadı, başqalarından sadəcə öz xoşlarına ərizə yazmaları xahiş olundu.
Şirkətimizdə cəmi 70-80 işçi vardı. Ancaq bu ixtisarlar hələ başlanğıcdır. Hələ ki, ancaq yeni layihələrin – həmçinin yeni şəxsiyyət vəsiqələrinin verilməsi layihəsinin – icrası ilə bağlı olanlar ixtisar edilib. Fəaliyyətdə olan İAMAS sisteminə xidmət edən işçilər hələ ki, saxlanılıb. Görünür, onları da əvvəl-axır bu tale gözləyir. Hər şey dövlətin pul verib-verməyəcəyindən asılıdır.
Bu, mənə və ailəmə necə təsir etdi?
Son dərəcə pis. Ailəm altı nəfərdən ibarətdir. Mən, yoldaşım, üç övladım və nənəm. Yoldaşım evdar xanımdır, uşaqları böyüdür. Böyüklərim məktəblidir. Kiçiyin hələ bir yaşı yoxdur. Sosial Müdafiə Fondu aylıq uşaqpulu verməkdən imtina etdi. İmtinanı da nə vaxtsa kreditlə aldığım maşınımın olması ilə əsaslandırdılar. Dedilər, “get taksovatlıq elə”.
Harda edim “taksovatlığı”? Bakıda müştəridən çox taksi var. Bir çox tanış taksistlər var ki, günə bir müştəri də tapa bilmirlər. Daha adamların taksidə gəzməyə pulu yoxdur.
Həm də mənim əla sənətim var. Özü də bir yox, iki. 1. Mən layihələrin texniki təşkili və reallaşdırılması mühəndisiyəm. Enerji təminatı, elektrotexnika, informasiya və təhlükəsizlik sistemləri sahəsində mütəxəssisəm. 2. Menecerlik diplomum da var. Mən kommersiya şirkətinin effektli idarəetməsi haqqında bu dəqiqə dəri kresloda oturub, rəhbərlik edənlərdən çox bilirəm.
Amma mənə deyirlər: “get, taksi sür!” Mən bunun üçün oxuyub, işləyib, təcrübə yığmışdım?! Şükür, yenə maşının kreditini vaxtında bitirmişəm. Yoxsa indi maşını da banka qaytarmalı olacaqdım. Heç olmasa, bunda bəxtim gətirdi.
Nənəm də bizimlə yaşayır. 92 yaşı var. 155-cə manat təqaüd alır. Devalvasiyadan sonra pensioner bu pula necə yaşasın? Bu yaxında təqaüdçülərin və büdcə təşkilatlarında işləyənlərin maaşını 10% artırdılar. Manatın alıcılıq qabiliyyətini isə keçən il ərzində cəmi 98% azaltmışdılar. Kobud desək, Azərbaycan büdcəsini talayan və ölkə iqtisadiyyatını çökdürən məmurlar oğurladıqları 98%-dən 10%-ni “humanistlik göstərərək” vətəndaşlara qaytarmaq qərarına gəldilər.
Adamın Vətəninə yazığı gəlir! Məmurların dağıtdığı ölkəyə adamın yazığı gəlir! Ədalət tələb etməyə qorxan millətə adamın yazığı gəlir! O ki, qaldı mənə, çox güman, xaricdə iş axtaracam. Çünki, Azərbaycanda hər yerdə ixtisarlar gedir. İşsizlərin sayı-hesabı yoxdur. Dövlət müəssisələrində vakansiyalar var, ancaq qazanc 200-400 manatdır. İndiki qiymətlərlə bu pula ailə dolandırmaq mümkün deyil.
Öz biznesimi aça bilmərəm, çünki, ilkin kapitalım yoxdur. Bank kreditlərinin faizləri isə əsl soyğunçuluqdur, ordan pul götürməyə dəyməz. Ölkədəki korrupsiyanı da nəzərə alsaq, görərik ki, burda bizneslə məşğul olmaq sərf eləmir. Hamı səni soymağa çalışır: sahə polisindən vergi inspektoruna qədər. Prezidentin sahibkarların yoxlanılmasının dayandırılması ilə bağlı bu günlərdə verdiyi qərara isə əməl edilmir. Sahibkarların yoxlanılması hələ də davam edir. Nəinki davam edir, hələ bi “sakitçilik üçün” rüşvət də tələb edilir.
Üç tanışım “Binə” və “Sədərək” TM-dəki mağazalarını bağladılar. Sərhəddə də Gömrük soymağa davam etdiyi üçün qiymətləri sala bilmirlər. Adamların da baha malı almağa imkanları yoxdur. Nəticədə nə müştəri var, nə gəlir. Ailəni isə dolandırmaq lazımdır. Odur ki, mən hələ ki, bir çıxış yolu görürəm, o da Azərbaycandan getməkdir. Gedib xaricdə iş axtarmaq lazımdır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…