18 Oktyabr Milli Müstəqillik Gününü müxalifət liderləri Əbülfəz Elçibəyin məzarını ziyarətlə qeyd etdi. Mərasimdə çıxış edən “Müsavat” Partiyasının başqanı İsa Qəmbər bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpası prosesinə Əbülfəz Elçibəy rəhbərlik edib:
“Əbülfəz Elçibəy böyük bir xalq hərəkatını formalaşdırıb və müstəqilliyin bərpasına nail olub. Bu həqiqətləri heç kim dəyişə bilməz. Kimsə özünü müstəqil, müasir Azərbaycanın banisi elan eliyə bilər, amma bu, yumor səhifəsindən başqa heç nəyə yaramaz. Cünki müstəqilliyin banisi Rəsulzadədir, müstəqilliyi bərpa edən şəxsiyyət isə Əbülfəz Elçibəydir”.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 18 Oktyabr 2013 14:21