Müstəqil jurnalistlər Meydan TV ilə bağlı sorğuya çəkilir

Cavid Abdullayev, Natiq Cavadlı və İzolda Ağayeva dindirilir

Source:

Sentyabrın 2-də reportyor Cavid Abdullayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağrılıb. Onu müstəntiq Ramiz Alverdiyev dindirib. Bu haqda jurnalistin özü məlumat verib: “Mənə bildirdilər ki, “Mingəçevir işi” ilə əlaqədar çağırıblar. Ancaq suallar əsasən Meydan TV-nin fəaliyyəti ilə bağlı oldu. Neçə il işlədiyimi, Meydan TV-nin ofisinin  bağlanmasından sonra kiminlə işlədiyimi, kimlərin işlədiyini soruşdular”.

Meydan TV-nin fəaliyyəti ilə bağlı sualları cavablandıran C.Abdullayev idarəyə səhər saat 10:40-da çağırılıb. Dindirmə 3 saat çəkib. C.Abdullayevlə yanaşı dindirilməyə müstəqil jurnalist Natiq Cavadlı da çağırılıb. Onun dindirməsi hələ yekunlaşmayıb. Meydan TV-də materialları yayımlanmış daha bir jurnalist İzolda Ağyeva isə  günorta saat 15:00-da ifadə verəcək.

Ana səhifəXəbərlərMüstəqil jurnalistlər Meydan TV ilə bağlı sorğuya çəkilir