Hazırda müstəqil media nümayəndələri xarici agent ittihamları ilə üzləşirlər. Hakimiyyət və onun total nəzarətində olan media qurumları xaricdən maliyyələşməni kriminalizə edərək müstəqil jurnalistlərə hücumlar edir, cəmiyyətdə onlara qarşı qəzəb yaratmağa çalışırlar. Xarici agentliyin tərifinə uyğun bircə fakt belə olmadan faəliyyətini Azərbaycandakı sosial problemləri, siyasi çatışmazlıqları araşdırmağa həsr etmiş müstəqil jurnalistlərə böhtanlar atılır.
Bəs, vəziyyət necə bu hala gəldi? Ümumiyyətlə media necə maliyyələşməlidir? Azərbaycanda media qurumları necə maliyyələşir? Müstəqil media necə, hansı təzyiqlərlə xaricdən maliyyə asılılığına məcbur qaldı?