Müsəlman Birliyi Hərəkatının üzvü məhkəmə qarşısına çıxarılıb

Vəkil Bəhruz Bayramov Meydan TV-yə deyib ki, Vüqar Hacıyevi müdafiəsi ilə bağlı bu günlərdə müqavilə bağlayacaq.

Foto: Müsəlman Birliyi Hərəkatı


Samirə Ağayeva: "Ailəsi Vüqar Hacıyevin dini inancına görə həbs olunduğu fikirindədir"

Mayın 24-də Ağcabədi Rayon Məhkəməsi Müsəlman Birliyi Hərəkatının üzvü Vüqar Hacıyev barədə həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Bu barədə Meydan TV-yə hüquqşünas Samirə Ağayeva məlumat verib.

Samirə Ağayeva Vüqar Hacıyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığını deyir: "Vüqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanma, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə cinayət işi açılıb. O ictimai işlər, o cümlədən ikinci Qarabağ savaşı zamanı fəallığı ilə seçilib. Ailəsi və dostları bu işin qurama olduğu, Vüqar Hacıyevin dini inancından doğan düşüncə və dünyagörüşünə görə həbs olunduğu fikirindədirlər".

Vəkil Bəhruz Bayramov Meydan TV-yə deyib ki, Vüqar Hacıyevi müdafiəsi ilə bağlı bu günlərdə müqavilə bağlayacaq.

Ana səhifəSiyasətMüsəlman Birliyi Hərəkatının üzvü məhkəmə qarşısına çıxarılıb