“Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin sədri Elçin Qasımov saxlanılıb (YENİLƏNİR)

Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısına gedən yollar DYP tərəfindən bağlanılıb

Source:


Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısına gedən yollar DYP tərəfindən bağlanılıb




[Hadisə ilə bağlı foto və ya videonu çəkin bizə göndərin whatsapp nömrəmiz: +49 176 16263646]



“Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin sədri E.Qasımov Maştağada yaşadığı ünvanın önündən polis bölməsinə aparılıb. Onun rəis müavininin maşını ilə qarşısı kəsilib Sabunçu Rayonu Baş Polis İdarəsinə aparıldığı bildirilir.

Hazırda Sabunçu Rayonu Baş Polis İdarəsi qarşısında çox sayda inanclı toplaşıb. İdarə qarşısında toplaşanlar MBH-nin idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımovun sərbəst buraxılmasını tələb edir.

Artıq çox sayda saxlanılan var. Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısına gedən yollar DYP tərəfindən bağlanılıb. Jurnalistlərin ərazidə çəkiliş etməsinə maneə törədilir.


(AzadXeber.az).

Ana səhifəXəbərlər“Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin sədri Elçin Qasımov saxlanılıb (YENİLƏNİR)