“Müsavat”çıların bir qrupu etiraz bəyanatı yaydı

“Partiyada ikitirəliyə, bölücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun”

Source:


“Partiyada ikitirəliyə, bölücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun”

Bəyanatda qeyd olunur ki, son vaxtlar Müsavat Partiyasında hazırkı rəhbərlik tərəfindən partiya daxilindəki idarəçilikdən narazı olan, onun gələcəyi ilə bağlı narahatlıq keçirərək, konkret mövqelərini bölüşən üzvlərə qarşı “cəza vermək” çağırışlarını əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiya sıralarından çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi kimi insan haqlarına, siyasi plüralizmə, fikir, ifadə və söz azadlığına qarşı olan siyasi xəttin önə çəkilməsi partiya üzvləri arasında ciddi narahatlıq doğurmaqdadır:

“Belə ki, Müsavat Partiyası Qubadlı rayon təşkilatının qərarı ilə partiya üzvü Məhəbbət Muradovun və partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarı ilə Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəylinin şəxsi yazışmaları və mövqeləri əsas götürülərək partiya sıralarından kobud Nizamnamə pozuntuları ilə çıxarılması üzvlər arasında mərkəzi orqanların və hazırkı rəhbərliyin fəaliyyətinə etimadsızlığın artmasına, eləcə də, qeyri-qanuni, qeyri-demokratik qərarlarla partiyada repressiyaların başlanmasına dair məlumatların yayılmasına səbəb olub. Müsavat Partiyası Divanının sonuncu toplantısında başqanlığa sabiq namizəd Səxavət Əlisoy və MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlının Divanın növbəti iclasına çağırılması barədə qərar, Sumqayıt şəhər təşkilatının üzvü, keçmiş siyasi məhbus Ənvər Əhmədin partiya sıralarından xaric olunması məsələsinin müzakirəyə çıxarılması vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarıb”.

APA-nın məlumatına görə, bəyanatda daha sonra bildirilir ki, bütün bunları nəzərə alaraq, bu bəyanata imza atan şəxlər Müsavat Partiyasının hazırkı rəhbərliyi qarşısında aşağıdakı məsələləri qoyur və onların təcili həllini tələb edir:

 “- Partiyadaxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, siyasi plüralizm, fikir müxtəlifliyi, söz və ifadə azadlığına əməl edilsin, fərdi azadlıqlara hörmət olunaraq, şəxsi mövqelərinə görə partiya üzvlərinin cəzalandırılması çağırışlarına son qoyulsun;

 – Partiya üzvlüyündən çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və Kamil Xəlilbəylinin hüquqlarının bərpası üçün konkret addımlar atılsın və bu barədə qərar vermiş strukturlar məlum qərarlarına yenidən baxaraq, onları Nizamnamə normalarına uyğunlaşdırsınlar;

 – Partiyada ikitirəliyə, bölücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun”.

 Bəyanatı aşağıdakı şəxslər imzalayıb:

1. Qubad İbadoğlu, sabiq Divan üzvü

2. Vurğun Əyyub, Məclis üzvü, sabiq Divan üzvü

3. Hikmət Hacızadə, Məclis üzvü

4. Mehman Cavadoğlu, Müsavat başqanının sabiq müavini

5. İbrahim İbrahimli, MNTK-nın sabiq sədri

6. Məryəm Oruclu, Müsavat başqanının sabiq müavini

7. Fəxrəddin Bağırov, sabiq Divan üzvü

8. Hökümə İbrahimli, sabiq Divan üzvü

9. Adil Qeybulla, sabiq Divan üzvü

10. Ellada Məmmədli, Müsavat Qadınlar Təşkilatının rəhbəri

11. Dünyaxanım Cahan, Müsavat başqanının sabiq müşaviri

12. Hüseyn Məlik, Müsavat başqanının sabiq müşaviri

13. Sədaqət Paşayeva, Müsavat Məclisinin sabiq üzvü

14. Lətafət Məlikova, Müsavat Məclisinin üzvü

15. Tural Abbaslı, Müsavat başqanlığına sabiq namizəd

16. Rafiq Bəy İsmayıl, Müsavat Məclisinin üzvü

17. Asif Məmmədli, Müsavat Məclisinin sabiq üzvü, Qarabağ Ağsaqqallar Şurasının sədri

18. Allahverdi Orucov, Müsavat Məclisinin sabiq üzvü.

Ana səhifəXəbərlər“Müsavat”çıların bir qrupu etiraz bəyanatı yaydı