Gənclər terror qurbanlarının xatirəsini yad ediblər
Fevralın 20-də Müsavat Partiyanın başqanı Arif Hacılı, İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqanın müavini Elman Fəttah və Müsavat Gənclər Təşkilatının bir qrup üzvü Ankarada baş vermiş terror faciəsi ilə əlaqədar olaraq Türkiyənin Azərbaycandakı səfirliyi önünə gediblər.
“Bastinfo”nun məlumatına görə, gənclər terror qurbanlarının xatirəsini yad ediblər. Tədbir iştirakçıları səfirliyin önünə gül dəstələri qoyublar. Müsavatçılar baş vermiş terror faciəsinin sivil dünya üçün utancverici hadisə olduğunu, Azərbaycan xalqının qardaş Türkiyənin dərdinə şərik olduğunu qeyd ediblər.