Müsavatçılar Avropanın şəhərlərində aksiya keçirdi

Etirazçılar Mehman Hüseynovun və siyasi fəaliyyətinə görə həbs olunanların azad edilməsini istəyirlər

Source:


Etirazçılar Mehman Hüseynovun və siyasi fəaliyyətinə görə həbs olunanların azad edilməsini istəyirlər

Martın 12-də Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) Avropanın müxtəlif şəhərlərində Mehman Hüseynov və digər siyasi məhbuslara azadliq tələbi ilə aksiyalar keçirib. Jurnalist Yafez Əkrəmoğlunun Meydan TV-yə verdiyi məlumata görə, Almaniyanin Düsseldorf, Nürnberq, Maynts şəhərlərində, İsveçin Stokholm və Fransada keçirilən aksiyalarda mühacirlər Azərbaycan hakimiyyətindən siyasi mühacirlərin qeyd -şərtsiz azad edilməsini tələb ediblər.

Jurnalistin sözlərinə görə, aksiyalarda əsas məqsəd siaysi məhbuslar azadlıq tələbi olub:

“Mən Almaniyanın Düsseldorf şəhərində keçirilən aksiyada iştirak edirdim, digər şəhərlərdəki aksiyaları isə internetdən canlı izləyirdim. Şüarlardan da göründüyü kimi, aksiyaların əsas məqsədi bugünlərdə siyasi sifarişlə həbs olunan bloger Mehman Hüseynovun həbsinə etiraz və ümumiyyətlə, Azərbaycandakı siyasi məhbus problemi idi. Aksiyaçıların bildirdiyinə görə, onların istəklərindən biri də bu problemlərin Avropa təşkilatlarının diqqətinə çatdırmaqdır”.

Müsavat AKM bundan öncə də Avropanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirib. Bu aksiyalarda da əsas tələb siyasi məhbusların azad edilməsi olub.

Almaniyanın Nürnberg şəhəri
Almaniyanın Nürnberg şəhəri
Fransa
Fransa
Almaniyanın Düsseldorf şəhəri
Almaniyanın Düsseldorf şəhəri
İsveçin Stokholm şəhəri
İsveçin Stokholm şəhəri
Ana səhifəXəbərlərMüsavatçılar Avropanın şəhərlərində aksiya keçirdi