***
Rüfət Baxışbəyli bazar günü səhər sərbəst buraxılıb. O ailəsinə zəng edərək buraxıldığını deyib.
Bu barədə Meydan TV-yə danışan Mustafa Hacıbəyli güman edir ki, Rüfət Baxışbəylinin sərbəst buraxılmasında onların ombudsman Elmira Süleymanovaya müraciətinin təsiri olub.
***
”Çox qəribədir ki, Yasamal və Abşeron polis idarələrindən onun orda olmadığını bildirdilər”
Saxlanıldığı bildirilən Müsavat Partiyasının Məclis üzvü və “
Basta
” saytının əməkdaşı Rüfət Baxışbəylinin harada olduğu bilinmir.
Bu barədə Meydan TV-yə məlumat verən “Basta”-nın baş redaktoru Mustafa Hacıbəylinin sözlərinə görə, iyunun 16-da saxıanılan əməkdaşı haqda xəbər ala bilmirlər.
M.Hacıbəyli bildirib ki, Rüfət Baxışbəylinin qeydiyyatda olduğu Masallı rayonunun Polis Şöbəsi ilə əlaqə saxlasalar da, onun orda olmadığını söyləyiblər:
“Rüfət Baxışbəylini mülki geyimlilər Hökməlidə kirayədə yaşadığı evindən aparıblar, onlar özlərini Yasamal Rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim ediblər, evdə axtarış da aparıblar. Mülki geyimlilər “90 OU 065” dövlət nömrə nişanlı “Niva” markalı avtomobildə olublar. Ancaq əlaqə saxladığımız Yasamal Rayon Polis İdarəsindən də Rüfət Baxışbəylinin orda olmadığını dedilər. Çox qəribədir ki, Abşeron Polis İdarəsindən də məlumat ala bilmədik, yəni Rüfət bəyin orda olmadığını bildirdilər. Faktiki adamı oğurlayıblar”.
Mustafa Hacıbəylinin sözlərinə görə, istirahət günü olduğundan gün ərzində Rüfət Baxışbəyli haqda məlumat ala bilməyəcəklər.
O, Rüfət Baxışbəylinin hüquqlarını vəkil Osman Kazımovun müdafiə edəcəyini bildirib.