Siyasi fəal saxlanılarkən şəxsi kompüteri də götürülüb
Martın 26-da Müsavat Partiyasının Suraxanı rayon təşkilatının üzvü Nizaməli Süleymanov 31-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə məlumatı siyasi fəal Əbülfəz Sadıqbəyli yayıb. Onun sözlərinə görə, N.Süleymanov saxlanılarkən güc tətbiq edilib və
şəxsi kompüteri də götürülüb. Onun siyasi fəaliyyətinə görə saxlanıldığı deyilir.
Müsavat Partiyasından məlumatı Meydan TV-yə təsdiqləyiblər. 31-ci polis bölməsinin növbətçi hissəsindən bu barədə məlumat verə bilməyəcəklərini deyiblər.