Müsavatçı namizədin imzatoplayanları həbs olundu

İltizam Əkbərli: Polis mayoru İdris Məmmədov imzatoplayanın anasının və xanımının imzalarını saxta hesab etmək istəyib

Source:


İltizam Əkbərli: Polis mayoru İdris Məmmədov imzatoplayanın anasının və xanımının imzalarını saxta hesab etmək istəyib

Bu barədə məlumatı sabiq deputat İltizam Əkbərli verib. Polisə aparılan şəxslər Sübhan Abıyev və Mədət Qurbanovdur. Hazırda onların məhkəməyə aprıldıqları bildirilir. Görünür, onlar haqda inzibati həbs qərarının çıxarılacaq, amma həmin şəxslərin nədə ittiham olunacaqları bilinmir. Onların Dairə Seçki Komissiyasının sədri Sabit Yaqubovun müraciəti əsasında həbs olunduqları bildirilir.

Bunları da sabiq millət vəkili deyib.

İltizam Əkbərli bildirib ki, onlar oktyabrın 5-də imzalar yoxlanılarkən guya DSK-nın işinə mane olmaqda günahlandırılırlar: “Əslində isə onlardan yalnız biri – Sübhan Abıyev DSK-da olub. İmzaları yoxlayan işçi qrupun üzvü, polis mayoru İdris Məmmədov iki qadının imzasını saxta hesab etmək istəmişdi, lakin namizədin və səlahiyyətli nümayəndələrin təkidli etirazından sonra hər iki qadının dairəyə gətirilərək imzalarının təsdiq etməsini tələb etmişdi. Həmin qadınlardan biri Sübhan Abıyevin xanımı, digəri isə anasıdır. Sübhan Abıyev ailə üzvlərini Mədət Qurbanovun maşınında DSK-ya gətirib. Həmin gün özüm də DSK-da olmuşam. Hər iki qadın əyani şəkildə yenidən imzaları təsdiq etsələr də, polis mayoru İdris Məmmədov öz fikrində qaldı, o bu dəfə həmin imzaları şübhəli olduğunu dedi. Mən polis mayorunun bu mövqeyinə kəskin etiraz etdim. Etirazıma orada olan Sübhan Əliyev də qoşuldu. Bugün onun həbs olunmasının səbəbi budur. Mədət Quliyev isə ümumiyyəttlə DSK-nın binasına daxil olmayıb. Onun “günahı” Sübhan Əliyevin ailəsini maşınla DSK-ya gətirməsidir”.

İltizam Əkbərlinin lehinə verilən seçici imzalarının 530-u etibarlı hesab edilsə də, DSK sonradan onun namizədliyinin qeydə alınmaması barədə qərar çıxarıb.

Ana səhifəXəbərlərMüsavatçı namizədin imzatoplayanları həbs olundu