Müsavatçı jurnalisti məhkəməyə verdi

Onun sözlərinə görə, Yafəz Həsənovun Azərbaycana gətirilməsi məsələsini məhkəmə müəyyənləşdirməlidir

Source: Foto: arxiv


“Partiyanın rәhbәrliyinin mühacir alverindә әli olmasını faktlarla göstәrmişәm”

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan müsavatçı, jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı iddia qaldırıb.

Gülağa Aslanlı Meydan TV-yə deyib ki, o, dekabrın 10-da Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət təqdim edib. O, şikayətdə Yafəz Həsənovun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cəzalanmasını istəyib.

Gülağa Aslanlı şikayətə hakim Abbas Rzayevin baxacağını bildirib.

Onun sözlərinə görə, Yafəz Həsənovun Azərbaycana gətirilməsi məsələsini məhkəmə müəyyənləşdirməlidir:

“Mən o tələbi qoymamışam. Sadəcə, Yafəz Həsənov məni cinayətdə ittiham etdiyi üçün bu məsələnin məhkəmədə aydınlaşmasını istəmişəm”.

Gülağa Aslanlı bildirib ki, o, 6 ay əvvəl Yafəz Həsənovdan sübutlarını Respublika Prokurorluğuna təqdim etməsini istəyib:

“Çünki Həsənov məni cinayətdə suçlayıb. Amma mən Müsavat Partiyasının İcra Aparatının rəhbəri kimi yox, fərd olaraq məhkəməyə şikayət vermişəm”.

Yafəz Həsənov məhkəmə iddiası ilə bağlı məsələyə “Facebook” səhifəsində münasibətini ifadə edib.

O bildirib ki, Müsavat Partiyasının bu addımı söz vә ifadә azadlığına hücumdur, tәnqidlәrә dözümsüzlüyün göstәricisidir:

“Mәn şәxsәn Azәrbaycan mәhkәmәlәrindәn әdalәt gözlәmirәm. Yazdığım bir jurnalist araşdırmasına görә Naxçıvan hakimiyyәti dә 2014-cü ildә eyni addımı atıb, mәni böhtana görә mәhkәmәyә vermişdi. Həmin addımı bu gün özünü söz azadlığının müdafiәçisi kimi göstәrmәyә çalışan Müsavat Partiyası atır. Partiyanın rәhbәrliyinin mühacir alverindә әli olmasını mәn faktlarla göstәrmişәm. Әgәr Azәrbaycanda әdalәtli mәhkәmә olsaydı vә mәn ölkədə yaşasaydım, bunu asanlıqla sübut edә bilәrdim”.

Yafəz Həsənov iddia edir ki, mühacir alveri mәsәlәsindә Azәrbaycan hakimiyyәti ilә Müsavat Partiyasının rәhbәrliyi әlbirdir:

“Ona görә bu gün Gülağa Aslanlı mәni asanlıqla mәhkәmәyә verә bilir. Hakimiyyәt vә partiya rәhbәrliyi birlәşib mәni mәhkәmәyә vermәklә, mәni susdurmağa, tәhdid altında saxlamağa çalışırlar. Onlar istəyirlər ki, susum, birlikdә törәtdiklәri zibillәri açmaqda davam etmәyim. Ancaq yanılırlar. Bu çirkinliklә mübarizәm davam edәcәk”.

Son illər Avropada sığınacaq almaq istəyən Azərbaycandan olan miqrantlarla bağlı bir neçə dəfə qalmaqal yaşanıb. Onlar Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarından saxta üzvlük vəsiqələri almaqda ittiham olunublar. Sonuncu belə hadisə

2019-cu il noyabrın 13-də

yaşanıb. Həmin gün alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb.

Məlumata görə, polis Almaniyanın Frankfurt Mayn, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirib, 13 ev vә obyektә basqın edib, bir neçә nәfәri hәbs edib. Məlumatda bildirilir ki, hәmin dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar.

Almaniya mətbuatının məlumatına görə, 2 nəfər həbs olunub və onlardan biri dəstənin rəhbəridir. Saxlanılanlar ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000-10.000 avroya qaçaqmalçılıqla keçirməkdə ittiham edilirlər.

Saxlanılanlardan biri “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri, hüquqşünas

Əlövsət Əliyev

dir.

Ana səhifəSiyasətMüsavatçı jurnalisti məhkəməyə verdi