Müsavatçı gənclər İran səfirliyi qarşısında piket keçirməyə cəhd ediblər (yenilənib)

Müsavatçılardan Tofiq Yaqublu, Razim Əmiraslanlı, Ayxan Hacıbəyli, Arzulla Buludlu, Əziz Məmiyev, Rəhim Yaqublu və Gənclər Təşkilatının sədri Seymur Quliyevin saxlanıldığı bildirilir.

Source: meydan tv

***

14.25. Müsavat Partiyasından verilən məlumata görə, Elman Quliyev sərbəstdir.

***

13.30. Gənclər Təşkilatının sədri Elman Quliyev istisna olmaqla digər saxlanılanlar sərbəst buraxılıb.

***


Aksiyaçılar arasıda saxlanılanların olduğu bildirilir

İyulun 17-də Müsavat Partiyasının gəncləri İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd ediblər. Daha çox mülki formada olan polislər müsavatçıları yeraltı keçiddən buraxmasalar da, onlar “İçərişəhər” metrostansiyasının qarşısında “Azadlıq” şüarlarını səsləndiriblər.

Müsavatçılardan Tofiq Yaqublu, Razim Əmiraslanlı, Ayxan Hacıbəyli, Arzulla Buludlu, Əziz Məmiyev, Rəhim Yaqublu və Gənclər Təşkilatının sədri Seymur Quliyevin saxlanıldığı bildirilir.

Müsavatçılar polislərə deyiblər ki, səfirlik qarşısında əsas etirazları İranın Ermənistanı silahla təmin etməsinə, güneyli fəal Abbas Lisaninin həbsinədir.

Bakı Şəhər İcra Hakimiyyəti iyulun 15-də Gənclər Təşkilatının səfirliyin qarşısında aksiya keçirmək müraciətinə rədd cavabı vermişdi.

Bakıda etiraz: Müsavatçı gənclərin İran səfirliyi qarşısında etirazına mane oldular
Ana səhifəXəbərlərMüsavatçı gənclər İran səfirliyi qarşısında piket keçirməyə cəhd ediblər (yenilənib)