Müsavatçı 3 aylıq həbs edildi

Vəkil: ”Qərardan apelyasiya şikayəti veriləcək”

Source:


Vəkil: ”Qərardan apelyasiya şikayəti veriləcək”

Noyabrın 24-də Şirvan Rayon Məhkəməsi Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Bu haqda Meydan TV-yə vəkil Nemət Kərimli məlumat verib.

N.Kərimli bildirib ki, yaxın günlərdə qərardan apelyasiya şikayəti veriləcək.

Ə.Xurşudov noyabrın 22-də

saxlanılıb

.

Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, o, şikayət əsasında saxlanılıb.

“Bir vətəndaşın şikayət ərizəsi əsasında saxlanılıb. Hazırda polis şöbəsində araşdırma aparılır”, –Şikayətçi kimdir və şikayəti nə haqdadır? Orxan Mansurzadə bu suala araşdırma başa çatandan sonra cavab veriləcəyini bildirib.

Ehtimal olunur ki, Əlikram Xurşudov sosial şəbəkədə paylaşdığı statuslara və siyasi fəaliyyətinə görə saxlanılıb.

Ana səhifəXəbərlərMüsavatçı 3 aylıq həbs edildi