Müsavat Partiyasının Məclis üzvü Saday Hacılı saxlanılıb.
Partiyadan APA-ya verilən məlumata görə, buna səbəb Saday Hacılıya qarşı polisə tabe olmamaq ittihamının irəli sürülməsidir. Məhkəmə onun haqqında 20 sutkalıq inzibati həbs cəzası verilməsi barədə qərar qəbul edib.