Müsavat yetkililəri baş verənlərə aydınlıq gətirdi

Gülağa Aslanlı: “Elbəyinin dedikləri tamamilə yalandır, böhtandır”

Elman Fəttah: “Müsavata qarşı bu çirkin kampaniyada sistemli, həm də həvəslə iştirak edən, amma rejimin nəzarətində olmayan, əksinə rejimə qarşı olan şəxslər sizi çaşdırmasan”

Source:


Gülağa Aslanlı: “Elbəyinin dedikləri tamamilə yalandır, böhtandır”


Elman Fəttah: “Müsavata qarşı bu çirkin kampaniyada sistemli, həm də həvəslə iştirak edən, amma rejimin nəzarətində olmayan, əksinə rejimə qarşı olan şəxslər sizi çaşdırmasan”

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı hazırda mühacir həyatı yaşayan Elbəyi Həsənlinin ittihamlarına cavab verib. Öz Facebook səhifəsində bu barədə yazan Gülağa Aslanlı deyir: “Elbəyi Həsənliyə onun əvvəlki statusuna yazdığım arqumentli cavabdan sonra yenə də yazıb: “Son 6 ayda Müsavat Partiyası tərəfindən vətəndaşlara 483 arayış verilb. Əksəriyyəti də bu bandanın əsas fiquru olan Gülüğa Aslanlı tərəfindən imzalanıb. Bunları kimlərə və niyə vermişiniz? ……. Bunlara cavab ver, Gülaga Aslanlı. Mən filan yerdə yox idim demən, səni bu cinayətdə olmaman anlamına gəlməz! Sən cinayətkarsan və həbs olunmalısan! Ki, Müsavat adından cinayət edən hər kəsə ibrət olsun”.
Bu yazılan rəqəmlər tamamilə yalandır, iftiradır və böhtandır. Böhtana görə isə Cinayət Məcəlləsinə görə həbs cəzası nəzərdə tutulur. Elbəyi Həsənli və onu dəstəkləyənlər sizə əminliklə bildirirəm ki, yalan ayaq tutar, ancaq yeriməz. Sizi mərd mərdanə mübarizə aparmağa dəvət edirəm. Elbəyi Həsənli məni Bakıda olmadığım yas mərasimində xəyalında hecə “görmüşdüsə”, Müsavat Partiyası və onun rəhbərliyində olan şəxslər barəsində yazdığı bötan və yalanları da xəyalında elə “görür”
R.S. 483 saylı “Arayış” barəsində mənim özəl mülahizələrim var. Bu barədə sonra…”
Müsavat Partiyası başqanının müavini Elman Fəttah da öz Facebook səhifəsində partiya ətrafında baş verənlərə münasibətini bildirib. Onun yazdıqlarını olduğu kimi təqdim edirik:
“Müsavat 22 ildir Əliyevlər rejimini:

1. Avtoritarizmdə.

2. Korrupsiyada.

3. Ailə hakimiyyəti qurmaqda.

4. Seçkiləri saxtalaşdırmaqda.

5. Müxalifəti repressiya etməkdə.

6. Söz azadlıgını boğmaqda.

7. İlham Əliyevi legitim Prezident olmamaqda və s. ittiham edir.

Müsavat bütün fəaliyyəti boyu bu murdarlığa qarşı mübarizə aparır, öz siyasətində cəmiyyətə bu ittihamların əksi olan nümunələr təqdim edir.

1. Bərpa olunduğu gündən Müsavat seçkili demokratiyaya prinsipial əməl edir. ( 22 ildir müsavatdan başqa heç bir partiya demokratikliyin bu elifba şərtinin tətbiqinə can atmır)

2. 2000-ci ildə deputatlığa namizədlərini təyinatla yox, İlkin seçkilərlə müəyyən edir.

3. 2001-cı il də partiya başqanının ardıcıl olaraq iki dəfədən çox seçilməsinə məhdudiyyət qərarı ilə növbəti demokratik nümunəsini təqdim edir.

4. 2006-cı il qurultayında başqanın səlahiyyətlərini azaldaraq ( direktiv idarəçilikdən imtina və icra strukturu ilə qərar strukturunun ayrılması) Məclis sədri – partiyanın ikinci şəxsinin müəyyən edilməsini legitim çoxluga həvalə edir.

5. Seçkili demokratiyanın prosedurlaşdırılması – namizədliyin öncədən irəli sürülməsi, təbligat dövrünə vaxt ayrılması qaydalarının tətbiqinə başlayır.

6. Elə həmin ildə proqram siyasətinə (liberal demokratiya) uyğun olaraq Avropa Liberal Partiyalar Alyansına üzv olur.

7. Nəhayət, 2014-cü ildə Əliyevlər rejimini çox qəzəbləndirəcək növbəti addımını atır. Əliyevlər monarxiya qurarkən Müsavat “iki dəfədən artıq” məhdudiyyətini tətbiq edir. İsa Qəmbərin namizəd olmadığı, paritet əsaslarla müəyyən edilən seçki komissiyaları təşkil edərək, son 100 ildə ilk dəfə alternativ namizədlərlə, tam şəffaf, tv ilə bütün prosedurların canlı yayımlandığı qurultay keçirərək ( demokratik prezident seçkilərinin mümkünlüyü ekvivalentinin sübutu kimi) cəmiyyətə yeni demokratiya nümunəsi təqdim edir.

Rejim Müsavatdaki bu azad mühiti fürsət hesab edərək, qurultayda “namizədlə” iştirak edib, illərdir ölkə seçkilərində Müsavatdan aldığı məğlubiyyət zərbəsinin qisasını Müsavatın içindəki seçkidə qalib gəlməklə almaq işinə girişdi. Alınmadı.

Prinsipial olaraq qrant maliyyəsinə, oliqarx yardımlarına bulaşmayan, əvvəllər ideya üçün təmannasız döyüşən insanların azaldığı mövcud şərtlərdə meydan sulayan “muzdlu müxalifətçilik”dən uzaq, nəticə etibarı ilə də media ruporundan məhrum qalan Müsavata qarşı rejim “b” varintına-Müsavat hakimiyyəti nədə ittiham edirsə, eyni ittihamlarla total böhtan və şantaj kampaniyasına qərar verir:

1. Müsavatın qurultay seçkiləri saxtalaşdırıldı.

2. Başqan və yeni rəhbərlik legitim deyil.

3. Müsavat ailə partiyasıdır.

4 Müsavatda söz azadlığı boğulur.

5. Müsavat öz üzvlərini repressiya edir.

6. Müsavat mühacir biznesi ilə məşguldur-Müsavatda korrupsiya var.

Rejim bütün bu ittihamları əvvəllər könüllü şəkildə Müsavatın təbliğatçısı olan jurnalistlərin qələmi ilə, əvvəllər könüllü şəkildə Müsavata ruporluq edən media üzərindən etməklə xəbis, amma çox effektiv piar qura bilib.

P. S. Müsavata qarşı bu çirkin kampaniyada sistemli, həm də həvəslə iştirak edən, amma rejimin nəzarətində olmayan, əksinə rejimə qarşı olan şəxslər sizi çaşdırmasan. Bir neçəsi “muzdlu müxalifətçi”, bir neçəsi isə Müsavatdan ağzı yanan ambisiozdur.

Səmimi olaraq “Müsavatda nə baş verir?” deyə düşünənlər, bütün məsələ bundan ibarətdir”.

Ana səhifəXəbərlərMüsavat yetkililəri baş verənlərə aydınlıq gətirdi